IMG-LOGO

Tahir Əndrabi: İslamabad İran və ABŞ arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir

07 May 2026 15:49 4 baxış
IMG

Pakistan İran və ABŞ arasında münaqişənin dayandırılması barədə sazişin tezliklə imzalanacağına ümid edir.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Tahir Əndrabiyə istinadən məlumat yayıb.

XİN daha ətraflı şərh verməkdən imtina edib.

"Vasitəçilər olaraq, təfərrüatları açıqlamaqla hər iki tərəfin etibarını itirməyəcəyik. İmzalanma mərasiminin İslamabadda baş tutması bizim üçün böyük şərəf olardı", - Pakistan XİN-dən bildirilib.

Pakistan hazırda münaqişə tərəfləri arasında vasitəçidir.

Xəbər lenti