IMG-LOGO

Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası 1/4 finala yüksəlib

07 May 2026 15:54 4 baxış
IMG

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, "ağ-qaralar" B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə üstələyib.

Azərbaycan təmsilçisi 1/4 final oyununda sabah, Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

Xəbər lenti