Fransa hökuməti Yaxın Şərqdəki münaqişə səbəbindən aviasiya yanacağı qiymətlərinin artmasından zərər çəkən aviaşirkətlərə maliyyə yardımı göstərməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Filip Tabaro sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, hökumət və aviaşirkətlər ötən gün bu məsələ ilə bağlı keçirilən görüşdə, o cümlədən sosial sığorta haqlarının ödənilməsinin təxirə salınması, vergilərin ödənilməsi üzrə müddətlərin uzadılması və yanacaq doldurma ilə bağlı məsələlərində irəliləyişə nail olublar.
"Aviaşirkətlər ciddi problemlərlə üzləşir. Hökumət onlara dəstək göstərməyə sadiqdir", - F.Tabaro bildirib.
Avropa aviasiya yanacağının idxalından daha çox asılıdır, bu yanacağın təxminən 75 %-i Yaxın Şərqdən gəlir.