IMG-LOGO

Müdafiə Nazirliyi: Pakistan istənilən təhdidə 2025-ci ildəkindən daha güclü cavab verəcək

07 May 2026 13:00 2 baxış
IMG

Pakistan ötən il Hindistanla dördgünlük silahlı münaqişənin ildönümü fonunda istənilən hücumlara sərt cavab verməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə xarici informasiya portalları ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Pakistan hərbçiləri bəyan ediblər ki, ölkəyə qarşı istənilən düşmənçilik niyyətlərinə İslamabadın "Marka-e-Haq" ("Həqiqət uğrunda döyüş") adlandırdığı 2025-ci ilin may ayındakı hərbi əməliyyatlarda olduğundan daha böyük güc, dəqiqlik və qətiyyətlə cavab veriləcək.

Hindistan və Pakistan 2025-ci il aprelin 22-də Cəmmu və Kəşmirdə baş vermiş terror aktından sonra münaqişənin gərginləşməsində bir-birini ittiham edib.

Ötən il mayın 7-də Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrə İslamabad pilotsuz uçuş aparatları, raketlər və artilleriya zərbələri ilə cavab verib. Hər iki tərəfdən onlarla insan həlak olub.

Mayın 10-da ABŞ-nin vasitəçiliyi ilə atəşkəsə nail olunub.

Xəbər lenti