IMG-LOGO

Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası ilk oyunda qələbə qazanıb

07 May 2026 11:47 2 baxış
IMG

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.

"Report" xəbər verir ki, "ağ-qaralar" B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.

"Neftçi" bu gün Çin millisi ilə də üz-üzə gələcək.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

Xəbər lenti