IMG-LOGO

Rusiya istiqamətindən gələn PUA Latviyada neft bazasına düşüb

07 May 2026 10:41 21 baxış
IMG

Latviya Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanına daxil olmasını qeydə alıb.

Bu barədə "Report" LSM milli teleşirkətinə istinadən xəbər verir.

Qeyd olunur ki, bir neçə PUA Rusiya ərazisindən Latviyanın hava məkanına daxil olub, onlardan ikisi qəzaya uğrayıb. PUA-lardan biri Rusiya sərhədi yaxınlığındakı neft bazasının ərazisinə düşüb, nəticədə dörd boş neft çəni zədələnib.

Mənbənin məlumatına görə, aparatlardan birinin düşdüyü yer artıq müəyyən edilib, ikinci PUA-nın axtarışları davam edir.

Xəbər lenti