IMG-LOGO

ABŞ Aİ ölkələrini terrorçular üçün yeni maliyyə və logistika mərkəzləri hesab edir

07 May 2026 08:15 4 baxış
IMG

ABŞ hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) Avropa müttəfiqləri terrorçular üçün maliyyə və logistika mərkəzlərinə çevrilib.

"Report" xəbər verir ki, bu mövqe ABŞ administrasiyasının dərc olunmuş Terrorla Mübarizə Strategiyasında öz əksini tapıb.

Sənəddə vurğulanır ki, Avropa ölkələrinə nəzarətsiz kütləvi miqrasiya terrorçuların nüfuz etməsi üçün bir kanal rolunu oynayır və buna görə də Qərb dövlətləri terrorizmlə mübarizə səylərini dərhal və əhəmiyyətli dərəcədə artırmalıdırlar.

"Varlı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və cəlbetmə mərkəzləri kimi xidmət etməsi qəbuledilməzdir", - deyə məlumatda qeyd olunub.

Sənəddə göstərilən mövqeyə əsasən, Avropa ölkələri terrorizmə qarşı mübarizədə ABŞ-nin əsas və uzunmüddətli tərəfdaşları olaraq qalır. Eyni zamanda, qeyd olunub ki, Avropa həm terrorçular üçün hədəf, həm də terror təhdidlərinin inkubatorudur.

Xəbər lenti