IMG-LOGO

Bakıda kişi həbsdə olan qohumuna alt paltarında narkotik gətirdi

27 Mar 2024 13:37 176 baxış
IMG

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Penitensiar xidmətdən bildirilib. 

Məhkum Qasım Abbas oğlu Məmmədov ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Kamran Arif oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş bükülüdə 0,239 qram metamfetamin və 0,437 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti