Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.y
Yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 18 kilometr dərinliyində olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.