IMG-LOGO

Sumqayıtda maşınlar toqquşdu, yaralananlar var - FOTO

27.03.2024 04:26 99 baxış
IMG

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

“Toyota Prius” və “Khazar” markalı avtomobillər toqquşub.

Yol nişanına daha sonra isə ağaca çırpılan “Prius” yolun kənarına aşıb.

Sürücü Murad İmanov və sərnişin (şəxsiyyəti dəqiqləşdirilir) dərhal xəstəxanaya çatdırılıb.

Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti