IMG-LOGO

Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı

25 Mar 2024 23:31 207 baxış
IMG

Belarusiyada Ermənistanın "Ararat konyak zavodu" şirkətinin məhsullarının idxalına və satışına qadağa qoyulub.

Lent.az xəbər verir ki, bu barədə Qomel regional gigiyena, epidemiologiya və ictimai sağlamlıq mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb məhsullarda kimyəvi boyaq maddəsinin aşkarlanması olub.

Bildirilib ki, "Ararat konyak zavodunun" məhsullarının Belarusda idaxalı, satışı, saxlanması, daşınması, istifadəsi qadağandır.

Bildirilir ki, zavodun məhsulları satışdan çıxarılmalı və atılmalıdır.

Xəbər lenti