IMG-LOGO

Moskva terrorçusunun İstanbul fotoları ortaya çıxdı

25.03.2024 22:22 50 baxış
IMG

Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədən terrorçulardan birinin Rusiyaya getməzdən əvvəl İstanbula səfər etdiyi və getdiyi yerləri göstərən fotoları var. 

Lent.az bildirir ki, Rusiya mediası sosial media hesabında Şamsuddin Fariduninin Türkiyəyə səfərini əks etdirən İŞİD terrorçusunun fotolarını yayıb. 

Fevralın 23-də “Instagram”da paylaşdığı fotolarda terrorçunun Aksarayı gəzərək Fatih məscidinə getdiyi görüntülənib. 

Moskvanın Basmannı rayon məhkəməsində mühakimə olunan və hücumla bağlı ittihamları qəbul edən Fariduni mayın 22-dək həbsdə qalacaq. 

Rusiyanın paytaxtı Moskvada 130-dan çox insanın ölümü ilə nəticələnən konsert salonuna hücumdan sonra iki terrorçunun Türkiyədən Rusiyaya getdiyi iddialarından sonra Rusiya mətbuatı detalları açıqlayıb. 

Rusiyanın “İzvestiya” qəzeti yazıb ki, hücum edənləri “klassik mənada mütəşəkkil terror hücrəsi” adlandırmaq çətindir, o, struktur çərçivəsində mövcud deyil, sözün əsl mənasında hücumdan bir neçə həftə əvvəl formalaşıb. 

“İzvestiya”ya danışan mənbə bildirib ki, hücum edənlərdən ikisi Türkiyədə olarkən təlimat alıb, qalanları isə artıq Rusiya ərazisində cəlb olunub. 

Özünü Şamsuddin Fariduni kimi təqdim edən terrorçu martın 4-də Türkiyədən gəldiyini iddia edib.

Terrorçu terror hərəkətləri etmək üçün ona 5400 dollar təklif edildiyini açıqlayıb.

 

Xəbər lenti