IMG-LOGO

“Crocus”dakı terrorda ölənlərin sayı 139-a çatdı: Üçü uşaqdır

25 Mar 2024 22:44 98 baxış
IMG

“Crocus Siti Holl”da törədilən terror aktı qurbanlarının sayı üçü uşaq olmaqla 139 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. 

Onun sözlərinə görə, artıq 75 nəfərin kimliyini müəyyən etmək mümkün olub.

Bastrıkin 182 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri və xəsarətlər aldığını açıqlayıb.

 

Xəbər lenti