IMG-LOGO

Bakıda binadan yıxılan kişi öldü - YENİLƏNİB

25 Mar 2024 11:32 254 baxış
IMG

Martın 24-də saat 16:35-də 57 yaşlı kişi hospitalizasiya edilib.

Sabunçu Tibb Mərkəzindən Lent.az-a bildirilib ki, açıq kəllə-beyin travması diaqnozu ilə yaralı cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs martın 25-i saat 1 radələrində vəfat edib.

*** 04:36

Bakının Nizami rayonunda bədbəxt hadisə nəticəsində yaşlı kişi ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 33 A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Aydazadə Rauf Rafiq oğlu eyvandan yıxılıb.

O, ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Mənbə: lent.az

Xəbər lenti