IMG-LOGO

"Liverpul"un əfsanələri "Ayaks"ı məğlub edib - VİDEO

24 Mar 2024 13:58 135 baxış
IMG

İngiltərənin "Liverpul" və Hollandiyanın "Ayaks" klublarının əfsanələri "Enfild" stadionunda qarşılaşıb. 

Lent.az xarici kİV-ə istinadla xəbər verir ki, İngiltərə klubu 4:2 hesabı ilə qalib gəlib.

Xərçəng diaqnozu qoyulan isveçli Sven-Yoran Eriksson "Liverpul"un baş məşqçisi kimi çıxış edib.

“Liverpul”un qollarını 54-cü dəqiqədə Vinyal, 74-cü dəqiqədə Sisse, 80-ci dəqiqədə El-Jar, 84-cü dəqiqədə Torres vurub.

“Ayaks”ın heyətində 2-ci dəqiqədə Burriqter və 43-cü dəqiqədə Musampa fərqlənib.

“Liverpul”un heyəti: Dudek, Kvarme, Şkrtel, Aqqer, Qurelio, Maksi Rodriqes, Sissoko, Spirinq, Babel, Cerrard, Torres.

“Ayaks”ın heyəti: Qentenar, van Reyn, Lindenberq, de Zeuv, Emanuelson, Litmanen, Eno, van der Baart, Tahamata, Sim de Yonq, Burriqter.  

Mənbə: lent.az

Xəbər lenti