IMG-LOGO

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

23.03.2024 17:15 74 baxış
IMG

“Bentley” tarixindəki ən uğurlu yarış avtomobili olan “Speed Six”i yenidən təqdim edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Speed Six” 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. “Bentley” məhdud sayda 12 yarış avtomobili buraxacaq. Onlar artıq satılıb.

Bildirilir ki, yeni məhsul orijinal çertyojlara uyğun yaradılıb. Bundan əlavə, marka iki orijinal avtomobili indiyədək özündə saxlaya bilib. Bu, dizaynerlərə komponentlərin ölçülərini və materiallarını yoxlamağı asanlaşdırır. “Speed Six”i yaratmaq üçün şirkət mühəndislərinə demək olar ki, bir il vaxt lazımdır.

1928-1930-cu illər arasında 182 orijinal “Bentley Speed Six” istehsal edilib. Model iki dəfə - 1929 və 1930-cu illərdə 24 saat Le Manda qalib olub. Bu üstünlüklərinə görə o, “Bentley” brendinin ən uğurlu yarış avtomobili hesab olunur.

Xəbər lenti