ABŞ-nin Yaxın Şərqdəki əməliyyatında faktiki hərbi xərcləri rəsmi olaraq səsləndirilən rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Pentaqon yalan danışır. Netanyahunun avantürası ABŞ-yə artıq 100 milyard dollara başa gəlib, bu da iddia ediləndən dörd dəfə çoxdur. Amerikalı vergi ödəyiciləri üçün dolayı xərclər qat-qat yüksəkdir", - o bildirib.
Əraqçi qeyd edib ki, onun qiymətləndirməsinə görə, hər bir ABŞ ailəsinə düşən aylıq yük təxminən 500 dollar təşkil edir və artmaqda davam edir.
"İlk növbədə İsrail həmişə o deməkdir ki, ABŞ ən sonuncu növbədədir", - o bildirib.