IMG-LOGO

Məhəmməd İbrahim: Müstəmləkə irsinin aradan qaldırılması üçün institusional güclənmə vacibdir

01 May 2026 10:36 2 baxış
IMG

İnstitusional güclənmə müstəmləkə irsinin nəticələrinin aradan qaldırılması üçün mühüm vasitədir.

"Report" xəbər verir ki, bunu Burundi nümayəndəsi Məhəmməd İbrahim (Mohamed Ibrahim) Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda beynəlxalq gənclər forumunda bildirib.

O qeyd edib ki, müstəmləkə irsi Afrika cəmiyyətlərinə təsir göstərməyə davam edir.

"Müstəmləkəçilik silinməz iz buraxıb. O, kənardan siyasi, hüquqi və mədəni modelləri zorla qəbul etdirərək cəmiyyətlərimizə təsir göstərib", - o bəyan edib.

Natiq qanunların və institutların milli dəyərlərə uyğunlaşdırılması, qanunun aliliyinin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, həmçinin korrupsiya və asılılıqla mübarizənin vacibliyini vurğulayıb.

O, təhsil sahəsində islahatların, iqtisadi suverenliyin gücləndirilməsinin və mədəni dirçəlişin vacibliyini də qeyd edib.

Məhkəmə sisteminə toxunan nümayəndə Burundidəki təcrübəni nümunə gətirib - burada vətəndaşlar mübahisənin həlli üçün məhkəməyə müraciət etməzdən əvvəl ağsaqqallara müraciət edirlər.

Bundan başqa, o, antikorrupsiya institutlarının gücləndirilməsinin vacibliyini bəyan edərək Burundidə əvvəllər bu sahədə yaradılmış qurumların ləğv edildiyini diqqətə çatdırıb.

Xəbər lenti