IMG-LOGO

Getmək istəməyən qonağı döyüb öldürdü

22.03.2024 16:16 75 baxış
IMG

Rusiyanın Mordoviya Respublikasında 45 yaşlı kişi getmək istəməyən qonağı vəhşicəsinə döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Saransk şəhərində baş verib. Kişi öz evində qonaqla spirtli içki içib. Lakin getmək vaxtı çatanda qonaq mənzili tərk etməkdən imtina edib. Daha sonra onların arasında münaqişə yaranıb. Ev sahibi dostunu vurub. O, yerə yıxılandan sonra onu əl-ayağı ilə döyməyə başlayıb. Bundan sonra ev sahibi yatmağa gedib.

Səhər kişi işə getmək üçün ayağa qalxıb və qonağın meyitini dəhlizdə tapıb. Sonradan müəyyən edilib ki, qatil ona 70-dən çox zərbə endirib.

Məhkəmə həmin şəxsi ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib. Ona həmçinin zərərçəkmiş tərəfin xeyrinə təzminat ödəmək tapşırılıb.

Xəbər lenti