IMG-LOGO

Okamponun fikirləri gələcək müharibələrə səbəb ola biləcək iddialardır - RƏY

30 Apr 2026 18:06 6 baxış
IMG

Erməni lobbisinin dəstəyi və istiqaməti ilə fəaliyyət göstərən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun yayılan videogörüntülərindəki bəyanatları hansısa sıradan siyasi bəyanat deyil. O, açıq şəkildə siyasi təsir mexanizmlərinin necə işlədiyindən, hansı beynəlxalq təşkilatlara birbaşa müdaxilə edə biləcəyindən, hətta hansı ölkələrin daxili işinə qarışa biləcəyindən danışır.

Bu fikirləri "Report"a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, Luis Okampo hüquqdan deyil, siyasi təzyiqdən danışır və bu, hüquqşünas yanaşması deyil:

"Okamponun fikirlərində hüquq məqsəd deyil, onun əlində vasitədir və sui-istifadə edir. Beynəlxalq hüquqda Okamponun fikirləri normal qəbul edilsə, cəzalandırılmasa o, sonradan istənilən ölkəyə eyni ssenari ilə yanaşa bilər. Bu, ən təhlükəli məqamlardan biridir".

Ə. Nuriyev vurğulayıb ki, Okampo Ermənistan daxilində hakimiyyətin dəyişdirilməsi ilə bağlı niyyətini ortaya qoyur:

"Birbaşa başqa dövlətin daxili işlərinə müdaxilə güdən bu iddialar beynəlxalq münasibətlər sistemində ən kobud pozuntulardan biridir. Ümumilikdə, videogörüntülərdə yayılan iddialar regionda onsuz da kövrək olan balansı daha da dağıtmaqdan başqa heç nəyə xidmət etmir".

O söyləyib ki, Okampo məsələsində Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozef Borrel məsuliyyəti bir az da ağırlaşdırır:

"Çünki söhbət sıravi fiqurdan getmir. O, vaxtilə çox yüksək, həlledici mövqe tutmuş adamdır. Beləliklə, bundan əvvəl Azərbaycana qarşı yönəlmiş fəaliyyəti də iddiaların əsaslı olduğunu göstərə bilər.

Okamponun dediklərindən belə aydın olur ki, koordinasiya olunmuş kampaniyadan söhbət gedir və bu, böyük korrupsiya şəbəkəsinin mövcudluğunu ortaya qoyur:

"Yüksək vəzifə tutmuş şəxslərin, vaxtilə ali vəzifələri daşımış bəzi fiqurları arxasında dayananlar təxminən məlumdur. Erməni lobbisinin siyasi məsələlərə müdaxiləsi və Luis Okampo, Cozef Borrel kimi şəxslərin fəaliyyəti dərindən araşdırılmalıdır. Çünki bütün bunlar təkcə Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla bağlı deyil. İndi əsas sual budur: beynəlxalq hüquq işləyəcək, adıçəkilən şəxslərin əməlləri və iddiaları korrupsiya halları kimi qiymətləndirilib, cəzasını alacaq, yoxsa ayrı-ayrı şəxslərin əlində alətə çevriləcək?"

Ə. Nuriyev onu da əlavə edib ki, Okamponun iddiaları açıq şəkildə müharibəyə və regionda vəziyyətin idarə olunan gərginliyə çatdırılmasına çağırış, niyyətdir. O hesab edir ki, Azərbaycan hüquq-mühafizə orqanları dərhal bu şəxs haqqında cinayət işi başlamalıdırlar:

"Onunla bağlı İnterpola axtarış vermək, növbəti müharibələrə səbəb olmaması üçün bunların ideoloji əsaslarını yaratmağa çalışan şəxsin cəzalandırılmasını təmin etmək mütləqdir".

Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.

Xəbər lenti