IMG-LOGO

Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölüb

29 Apr 2026 09:46 3 baxış
IMG

Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti