IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü

08 Jan 2026 01:07 8 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov hayların kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü haqqında danışıb.

O bildirib ki, "Ermənistan"la "Hayastan" eyni anlayış deyil: "Antik mənbələr hayları tanımır. Ermənistan anlayışı sonradan yarandı və millət adı kimi təqdim edildi. Hay etnogenezi mifdir və süni tarixi prosesdir. Armen adlı qəhrəman mifini Ermənistan üçün siyasi terminə çeviriblər. Hay kimliyi islam dövründə formalaşıb. İslamdan öncə haylara dair aydın mənbə yoxdur. Hay-erməni fərqi qəsdən gizlədilir. Kilsənin "ölü dil"i üzərində qurulan tarix etibarlı deyil".

Onun sözlərinə görə, erməni etnogenezində müxtəlif xalqlar iştirak edib: "Hayların formalaşmasında Avropa xətti, xüsusilə Balkan izi var. DNT analizləri hayların mənşəyi haqqında çox məlumat verir. Ərəb, Osmanlı-Bizans və İran təsiri hay kimliyində görünür".

Tarixçi deyib ki, musiqi, geyim və mətbəx hay mədəniyyətinin saxtalığını göstərir və erməni mədəniyyəti qonşu xalqlardan toplanıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü

Xəbər lenti