IMG-LOGO

Sumqayıtda silah-sursat aşkarlanıb

29 Apr 2026 10:02 3 baxış
IMG

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti