IMG-LOGO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

28 Apr 2026 22:52 5 baxış
IMG

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda xilasetmə briqadasına hücum edib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livan ordusundan bildirilib.

Məlumata görə, mülki müdafiə bölmələri və hərbçilər Məcdəl Zunda (Tir ərazisi) vətəndaşların xilas edilməsi üzrə əməliyyat həyata keçiriblər.

"İsrailin atəşə tutması nəticəsində iki Livan əsgəri yaralanıb", - bəyanatda deyilir.

Daha əvvəl İsrailin Livanın cənubundakı səkkiz qəsəbəyə, eləcə də Tir şəhərinin şərqindəki ərazilərə aviazərbələr endirdiyi bildirilib.

Xəbər lenti