IMG-LOGO

Sandu Moldovanın Rumıniya ilə birləşməsini Aİ-yə daha tez daxil olmağın yolu kimi nəzərdən keçirir

28 Apr 2026 15:06 2 baxış
IMG

Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsini Avropa İttifaqına (Aİ) daxil olma prosesini sürətləndirmək yollarından biri kimi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə o, "Le Monde" qəzetinə müsahibəsində bildirib.

Sandu vurğulayıb ki, Moldova üçün Aİ-yə inteqrasiya sadəcə bir istək deyil, "demokratik dövlət kimi sağ qalmaq strategiyasıdır".

Onun sözlərinə görə, Rusiyanın təzyiqlərinə qarşı durmaq üçün Aİ-nin genişlənməsi təkcə Moldovanı deyil, həm də Ukraynanı, eləcə də Qərbi Balkan ölkələrini əhatə etməlidir.

Xəbər lenti