IMG-LOGO

Memarlıq və İnşaat Universitetində YANĞIN: hamı təxliyə olundu

28 Apr 2026 15:21 2 baxış
IMG
0 0

Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Həmçinin universitetin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, bu gün təxminən saat 14 radələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris korpusunun yaxınlığında yanğın hadisəsi baş verib.

"Hadisə nəticəsində təhlükəsizlik tədbirləri dərhal tətbiq olunub, 1 saylı tədris binasında olan bütün tələbələr, müəllimlər və əməkdaşlar operativ şəkildə təxliyə ediliblər. Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb, ərazi tam nəzarətə götürülüb.

Qeyd edirik ki, hadisə zamanı heç bir tələbə, müəllim və əməkdaş xəsarət almayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür", deyə məlumatda bildirilib.

Hadisələr FHN yanğın

Xəbər lenti