IMG-LOGO

Ukrayna Tuapsedə NEZ-ə və Krımda radiolokasiya stansiyasına zərbə endirib

28 Apr 2026 13:38 3 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarındakı "Tuapse" neft emalı zavoduna (NEZ) yenidən hücum edib və nəticədə güclü yanğın baş verib.

Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalına istinadən xəbər verir.

"Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində aprelin 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Krasnodar diyarındakı "Tuapse" NEZ-ə təkrar zərbə endirilib", - Baş Qərargahdan bildirilib.

Məlumata görə, pilotsuz uçuş aparatları (PUA) NEZ ərazisinə düşüb və ardınca yanğın qeydə alınıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Həmçinin Ukrayna hərbçiləri müvəqqəti işğal olunmuş Krımda, Oxotniçye ərazisində "Ay-Petri" radiotexniki taborunun radiolokasiya stansiyasını vurublar.

Xəbər lenti