IMG-LOGO

Trampın oğlu dördgünlük səfərlə Cənubi Koreyadadır

28 Apr 2026 12:40 3 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın oğlu - kiçik Donald Tramp Cənubi Koreyaya elan olunmamış səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, kiçik Trampın səfəri dörd gün davam edəcək. Səfərin məqsədi də daxil olmaqla, digər təfərrüatlar hələ ki açıqlanmır.

Qeyd edilib ki, Tramp əvvəl artıq Koreyaya səfər etmişdi. Ötən ilin aprelində o, yerli biznesin onlarla nümayəndəsi ilə görüşmüşdü.

Xəbər lenti