IMG-LOGO

AAYDA-da yüksək vəzifəli şəxslər işdən çıxarıldı - SİYAHI

28 Apr 2026 12:12 2 baxış
IMG
0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir. 

Lent.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.

İşdən çıxarılanların siyahısını təqdim edirik:

Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov

Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev

Həmin strukturun bölmə rəisi Əziz Ağayev

Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov

Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev

5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev

10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov

 Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə sorğu ünvanlasaq da, münasibət bildirilməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi AAYDA

Xəbər lenti