"Kənd" MMC nizamnamə kapitalını 21 145 950 manat və yaxud 91,9 % azaldaraq 23 000 000 manatdan 1 854 050 manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Göyçay şəhəri, Natəvan küçəsi, ev 118 ünvanına bildirə bilərlər.
"Kənd" 2014-cü ildə yaradılıb.