IMG-LOGO

Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən ayrılıb

27 Apr 2026 11:51 3 baxış
IMG
2 0

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.

Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Əli-səttar Quliyev Nizami Kino Mərkəzi

Xəbər lenti