ABŞ Filippinin Rusiya nefti və neft məhsullarını alması üçün icazənin müddətinin uzadılması ilə bağlı müraciətini təmin edib.
"Report"un Qərb mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika nazirinin müavini Alessandro Sales bildirib.
Onun sözlərinə görə, icazə aprelin 17-dən mayın 16-dək qüvvədədir.
Filippinin energetika naziri Şeron Qarin isə qeyd edib ki, ölkənin təxminən 54 günlük yanacaq ehtiyatı var.
ABŞ-nin martda Rusiya nefti və neft məhsullarının idxalı üçün verdiyi 30 günlük icazənin müddəti aprelin 11-də başa çatıb.