IMG-LOGO

Aydın Hüseynov: "Azad edilmiş ərazilərdəki bərpa işləri WUF13 vasitəsilə dünyanın diqqətində olacaq"

27 Apr 2026 12:03 2 baxış
IMG

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işləri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) vasitəsilə dünyanın diqqət mərkəzində olacaq.

"Report" xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycanın siyasi nüfuzunun göstəricisidir: "Digər tərəfdən, bu təbirin keçirilməsi Azərbaycanın etibarlı tərəfdaş olduğunun bir daha təsdiqidir. Məlum olduğu kimi, Azərbaycanda keçirilən bütün beynəlxalq forumlar, tədbirlər ən yüksək səviyyədə təşkil olunur. WUF13-ün də yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Bundan başqa, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının ölkəmizdə keçirilməsi təşkilati baxımdan yeni nümunələr ortaya qoyacaq".

Deputat qeyd edib ki, Azərbaycan son illər şəhərsalma sahəsində çox böyük nümunələr ortaya qoyub: "Bu gün Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərlərin, qəsəbələrin və kəndlərin salınması, bərpa olunması nümunədir. Paytaxt Bakı Xəzər dənizi hövzəsinin inciləri sırasındadır. Azərbaycana səfər edən qonaqlar həm Bakını, həm də azad edilmiş ərazilərin yenidən necə bərpa olunduğunu görəcəklər. Bundan başqa, bu tədbirlər Azərbaycana yeni əməkdaşlıqlar üçün zəmin yaracaq, investisiya qoyuluşu üçün addımlar atılacaq".

Xəbər lenti