IMG-LOGO

Gənclərin favorit müğənnisi: “Öz əllərimlə köhnə Aleynanı öldürdüm”

27 Apr 2026 10:42 2 baxış
IMG
2 0

Türkiyənin tanınmış müğənnisi, əsasən də gənclərin sevdiyi Aleyna Tilki maraqlı açıqlaması ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.

Aleyna bildirib ki, o, əvvəlki imici ilə vidalaşıb. Tilki bu dəyişimi “öz əllərimlə köhnə Aleynanı öldürdüm” sözləri ilə ifadə edib.

O qeyd edib ki, əvvəllər insanlardan gələn gözləntilərə uyğun davranırdı. İndi isə artıq başqalarının ondan gözlədiyi kimi deyil, öz istədiyi kimi hərəkət edir.

Müğənni əlavə edib ki, əvvəl daha çox geyimi və açıqlamaları müzakirə olunurdu. Bu vəziyyətdən narahat olduğunu və indi insanların onun başqa tərəflərini görməsini istədiyini deyib.

Tilki yeni dövrünü “yenidən doğuş” kimi qiymətləndirir. O bildirib ki, indi özünü daha az tənqid olunan və daha azad hiss edir.

 

Aleyna Tilki şou-biznes dəyişiklik açıqlama musiqi trend

Xəbər lenti