IMG-LOGO

Rusiya Odessanın liman infrastrukturuna zərbələr endirib

27 Apr 2026 10:41 2 baxış
IMG

Rusiya qoşunları aprelin 27-nə keçən gecə Ukrayna dəniz dəhlizi ilə Nauru bayrağı altında üzən "RAMCO" ticarət gəmisinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Dəniz Limanları Administrasiyasının Telegram kanalına istinadən məlumat yayıb.

Qurumun məlumatına əsasən, gəmi yüngül zədələnib. Göyərtədəki yanğın ekipaj tərəfindən operativ şəkildə söndürülüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Bildirilib ki, həmin gecə Rusiya qüvvələri Odessanın liman infrastrukturuna və Ukrayna dəniz dəhlizinin işini təmin edən obyektlərə növbəti zərbələr endirib.

Hücum nəticəsində yük terminalının ərazisindəki enerji obyekti zədələnib və lokal yanğınlar baş verib. Yanğınlar müvafiq xidmətlər tərəfindən operativ şəkildə söndürülüb.

"Ukrayna limanlarına hər gün edilən hücumlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə və qlobal ərzaq sabitliyinə birbaşa təhdiddir. Sistemli təzyiqə baxmayaraq, Ukrayna dəniz dəhlizi fəaliyyətini davam etdirir", - Ukrayna Dəniz Limanları Administrasiyasından əlavə ediblər.

Xəbər lenti