İsrail Müdafiə Qüvvələrinin (İMQ) bir neçə hərbi qulluqçusu hərbi bazaların birində baş vermiş hadisə nəticəsində xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "Telegram"da məlumat yayıb.
"Bazar günü ölkənin cənubunda yerləşən İMQ bazasında baş vermiş hadisə nəticəsində bir hərbi qulluqçu ağır, daha biri orta ağır, digər iki nəfər isə yüngül xəsarət alıb", - məlumatda deyilir.
Xəsarət alan hərbi qulluqçular lazımi yardım almaq üçün tibb müəssisəsinə çatdırılıblar.
İMQ baş vermiş hadisənin təfərrüatlarını və xarakterini açıqlamayıb.