IMG-LOGO

Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşdü

26 Apr 2026 17:24 4 baxış
IMG
0 0

Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.

Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabad buraxılış imtahanı qəza

Xəbər lenti