IMG-LOGO

Bakıda 50 yaşlı qadın zəhərlənərək öldü

19 Mar 2024 09:46 99 baxış
IMG

Bakı şəhərində ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Ağayeva İlahə yaşadığı evin hamam otağında dəm qazanından zəhərlənərək ölüb. 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.   

Xəbər lenti