IMG-LOGO

"Ayxan" marketdə güclü yanğın -VİDEO

19 Mar 2024 08:44 183 baxış
IMG

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Zabrat 1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 6 texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Mənbə: lent.az

Xəbər lenti