IMG-LOGO

Şəkidə yük avtomobili yanıb

25 Apr 2026 13:01 5 baxış
IMG

Şəkidə yük avtomobili yanıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəkinin Vərəzət kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 33 yaşlı Mövlud Nəsibova məxsus "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən qəfil alovlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti