İspan Ariadna Hafez təkcə model, rəqqasə və xoreoqraf deyil, həm də sərbəst dalğıclıqdan zövq alır. Bütün hobbilərini birləşdirməyə çalışır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Hafez tez-tez sualtı foto və video çəkilişlərində iştirak edir, sonra isə onları abunəçiləri ilə bölüşür.
2021-ci ildə Ariadne Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblakla görüşüb, lakin onların münasibətləri bir ildən az davam edib. Qətərdə keçirilən dünya çe pionatı başlamazdan əvvəl o, "Vest Hem"in müdafiəçisi Tilo Kerer ilə görüşməyə başlayıb və onlar hələ də birlikdədirlər.