Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.
Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 67 yaşlı Musa Həsənov, həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarətlər alıb. M. Həsənovun barmağı amputasiya olunub.
Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə caqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisələr Ucar çaqqal hücum kənd sakin xəsarət