Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən Şirvan körpüsünün yaxınlığında qeydə alınıb.
40 yaşlı Gülməmmədov Zahir Qurban oğlunun “Mercedes” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Araşdırma aparılır.
Hadisələr yol qəzası