IMG-LOGO

Qəzada xəsarət alan sürücü 3 gün sonra öldü

17 Mar 2024 10:00 164 baxış
IMG

Kəlbəcərdə qəzada xəsarət alan sürücü xəstəxanada ölüb.

Lent.az-ın xəbərinə görə, 02.11.1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu martın 13-də idarə etdiyi "HOVO" markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lətif Əhmədov 16 mart 2024-cü il tarixdə saat 09:30-da müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında ölüb.                 

Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti