IMG-LOGO

Qazaxıstan neft-kimya məhsullarının ixracını Azərbaycana yönləndirəcək

23 Apr 2026 11:32 2 baxış
IMG

Qazaxıstan neft-kimya məhsullarının ixracını Orta Dəhliz vasitəsilə Azərbaycana yönləndirəcək.

"Report" xəbər verir ki, bunu "Petrocouncil.kz" şirkətinin İdarə Heyətinin sədri Asılbek Cakiyev Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə,Qazaxıstanda neft-kimya və emal (downstream) sahəsində planlaşdırılan layihələrin ümumi büdcəsi yaxın 5 il ərzində 15 milyard ABŞ dolları təşkil edəcək: "2030-cu ilə qədər neft hasilatını ildə 100 milyon tona çatdırmaq kimi iddialı məqsədlər var. Bu gün ölkə dünyada 10 ən böyük neft və qaz istehsalçısı sırasında yer alır. Bizim üçün indi son dərəcə vacib olan məsələ budur: yaxın 5 ildə neft-kimya məhsullarını necə nəql edəcəyik? Məsələn, 7,6 milyard ABŞ dolları dəyərində polietilen istehsalı layihəsi çərçivəsində Qazaxıstan 1,2 milyon ton məhsul istehsal etməyi planlaşdırır. Daha bir layihə - 1,1 milyard ABŞ dolları dəyərində 900 min ton butadien istehsalı ilə bağlıdır. Şübhəsiz ki, Azərbaycan və Orta Dəhliz bizim üçün prioritet istiqamətlər olacaq, çünki proqnozlarımıza görə, "Şimal" marşrutu yaxın 5-10 il ərzində bağlı qala bilər".

Xəbər lenti