IMG-LOGO

Naxçıvanda "smart kart tipli" sayğaclar dəyişdiriləcək

23 Apr 2026 10:41 7 baxış
IMG
1 0

Naxçıvan Muxtar respublikasında istismar müddəti bitmiş “smart kart tipli” sayğaclar dəyişdiriləcək.

Lent.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərin sualına cavab olaraq bildirib.

Region rəhbərinin dediyinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent “smart kart tipli” sayğacdan istifadə edir:

"Ümumilikdə 24 min “smart kart tipli” sayğac mövcud idi. Artıq, 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir. Hazırda Naxçıvan şəhərində qaz təminatında problem yoxdur və abonentlərə lazımi səviyyədə xidmət göstərilir".

Verilən məlumata görə, ötən bir il ərzində Naxçıvan şəhərində 1000 abonent şəbəkəyə qoşulub: "Qaz təminatı ilə bağlı heç bir çətinlik yoxdur. Ona görə də, mavi yanacağın verilişində heç bir məhdudiyyət yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir" – deyə Birlik rəhbəri qeyd edib.

Azəriqaz Naxçıvan smart sayğaclar

Xəbər lenti