İranda İsraillə əlaqədə ittiham olunan daha bir nəfər edam edilib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" "Mizan"a istinadən məlumat yayıb.
Edam edilən Soltani Şirzadi Fəxr müxalif "Mücahidin-e Xalq" təşkilatının üzvü olub.
İran hökumətinin məlumatına görə, Fəxr həmçinin İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda da təqsirli bilinib.
Xatırladaq ki, martın sonunda və aprelin əvvəlində İranda "Mücahidin-e Xalq"ın bir neçə üzvü İsraillə əməkdaşlıqda ittiham olunaraq edam edilib.