IMG-LOGO

Ukrayna Samara və Nijni Novqorodda enerji infrastrukturuna zərbələr endirib

23 Apr 2026 09:56 3 baxış
IMG

Ukraynanın müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Samarada neft emalı zavoduna (NEZ) və Nijni Novqorod vilayətindəki "Qorki" nasos-kompressor stansiyasına zərbələr endirib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.

Öz növbəsində, Rusiyanın Novokuybyşevsk şəhərinin qubernatoru Vyaçeslav Fedorişev Ukrayna dronlarının sənaye müəssisələrinə hücumu barədə məlumat verib.

"Ukrayna pilotsuz uçuş aparatlarının regionumuza hücumu davam edir. Novokuybyşevskdə sənaye müəssisələrinə zərbə nəticəsində xəsarət alanlar var. Bir nəfər həlak olub", – o bəyan edib.

Xəbər lenti