IMG-LOGO

KTM-in işdən çıxarılan direktoru DANIŞDI: "Əməkdar həkiməm..."

22 Apr 2026 13:22 5 baxış
IMG
0 0

Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov da işdən çıxarılıb. 

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmr imzalayıb.

K.Ələkbərov Bakupost.az-a məlumatı təsdiqləyib.

K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

“Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.

Qeyd edək ki, TƏBİB-in rəhbərliyi dəyişəndən bəri 10-dan çox vəzifəli şəxs işdən çıxarılıb. 

Hadisələr TƏBİB Klinik Tibbi Mərkəz KTM Könül Ələkbərov

Xəbər lenti