IMG-LOGO

Qo Tszyakun: Yaxın Şərqdə vəziyyət kritikdir

22 Apr 2026 12:39 5 baxış
IMG

Çin Yaxın Şərqdəki vəziyyəti "kritik" olaraq qiymətləndirir.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun brifinqdə bildirib.

"Regionda vəziyyət kritik olaraq qalır, müharibə sülhlə əvəz olunur. Birinci məqsəd - hərbi əməliyyatların yenidən başlamasına yol verməmək üçün mümkün olan hər şeyi etməkdir", - o bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə bütün Fars körfəzi ölkələri cəlb edilib, bu da eyni zamanda Hörmüz boğazının blokadaya alınmasına gətirib çıxarıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, bu atəşkəsin müddəti aprelin 21-dən 22-nə keçən gecə başa çatıb.

Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar keçirməyə çalışıblar, lakin aprelin 11-12-də keçirilən birinci raund heç bir nəticə verməyib.

Tehrana təzyiq vasitəsi olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində İran Hörmüzun artıq Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün blokadaya alındığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Onun sözlərinə görə, qərar Pakistan rəhbərliyinin xahişi ilə qəbul edilib və danışıqların başa çatmasına və vasitəçilərin münaqişənin nizamlanması üzrə vahid təklifinin hazırlanmasına qədər qüvvədə olacaq. Eyni zamanda Tramp ABŞ hərbçilərinə İran limanlarının blokadasını davam etdirməyi və tam döyüş hazırlığını qorumağı tapşırıb.

Xəbər lenti